Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdidin qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərmiş, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olmuşlar.
kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;
baş gizir Məmmədov Azər Mustafa oğlu;
baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;
kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;
kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;
kiçik gizir Babazadə Elşən Sahib oğlu;
baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;
baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. (AZƏRTAC)