24.04.2025, 06:51
AZ EN
15.01.2025, 08:59 202

Şuşa sakinlərinin növbəti səyyar qəbulu Sarıqaya düşərgəsində keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sakinlərlə növbəti səyyar qəbulunu Abşeron rayonu, Novxanı qəsəbəsi, Sarıqaya düşərgəsində məskunlaşmış rayon sakinləri ilə keçirib.

RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Şuşa şəhərində aparılan abadlıq-quruculuq işləri, sakinlərin məşğulluğunun təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.

Vətəndaşların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədilə yerlərdə təşkil olunan səyyar qəbullara görə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər