Gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək, şanlı zəfər tarixini təbliğ etmək məqsədi ilə keçirilən düşərgədə Qarabağ qazilərinin iştirakı ilə hərbi təlimlər, müxtəlif idman oyunları, intellektual yarışlar keçirilib, yaradıcı gənclərin ifasında isə musiqilər səsləndirilib.
Qarabağ Universitetindən 50 tələbənin iştirak etdiyi yarışlarda gənclər “Əqrəblər”, “Aslanlar” və “Zəfər” komandalarına bölünərək üç gün ərzində mübarizə aparıblar.
Yekun nəticələrə əsasən, Qarabağ Universitetini təmsil edən “Əqrəblər” komandası birinci olub. “Aslanlar” üçüncü, “Zəfər” isə beşinci yerə layiq görülüblər.
Tahirə AĞAMİRZƏ