04.12.2024, 23:39
AZ EN
04.12.2024, 09:13 256

Şuşa sakini: Sonuncu dəfə nə vaxt bu qədər xoşbəxt olduğumu xatırlamıram

XƏBƏRLƏR
  • Şuşama gedirəm. Bugünkü gündən daha xoşbəxt gün ola bilməz. Həyatımda sonuncu dəfə nə vaxt bu qədər xoşbəxt olduğumu xatırlamıram. 30 ildən sonra arzuma çatdım. Nə yarımçıq qalmışdısa, elə oradan da davam edəcəyəm.

Bu sözləri bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Pakizə Rüstəmova deyib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi qələbə qazandığını diqqətə çatdıran P.Rüstəmova onların sayəsində öz doğma yurdlarına qayıtdıqlarını qeyd edib.

"Bir ana kimi şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Arzum budur ki, bayrağımız hər bir yerdə dalğalansın və düşmən baxdıqca xar olsun. Biz yurdumuzu yenidən qurmağa gedirik. Biz doğma yerləri əvvəlkindən daha gözəl edəcəyik",- deyə o, əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər