Kitabxanadan bildirilib ki, sərgidə Qərbi Azərbaycanın tarixi, İrəvan xanlığı, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, deportasiyalar, fotoşəkillər, Ümummilli Lider Heydər Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycan icması və başqa məlumatlar öz əksini tapıb.
Sərgidə Qərbi Azərbaycanın əhalisi, ərazisi, coğrafiyası, elm və təhsili, folkloru, görkəmli şəxsiyyətləri, tarixi abidələri, erməni vandalizmi, şahid ifadələri və digər məlumatların əks olunduğu rus, ingilis, alman, türk və başqa dillərdə 100-dən çox dərslik, dərs vəsaiti, biblioqrafik göstərici, konfrans materialları, bədii və elmi əsərlər təqdim olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan sərgi MEK-də ənənəvi formada da təşkil edilib.
Günel QULİYEVA