Bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Səkinə Musayeva bildirib.
"O qədər ağır, o qədər çətin günlərimiz olub ki, dilə gətirməyə utanmışıq. Həmişə bircə bu günü arzulamışam. Biz Cəbrayılda çox gözəl yaşayırdıq. İndi də qayıdırıq, günlərimiz daha da gözəl olacaq. Şükür Allaha, o kömək dursun bizim prezidentimizə, ona ömür versin, bizə daha yaxşı günlər nəsib olsun", - deyə o, əlavə edib.
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə, ümumilikdə 40 ailə - 200 nəfər doğma yurduna köçürülüb. (AZƏRTAC)