Torpaqlarımız işğal olunanda onlar Bakı şəhərinə pənah gətiriblər. Cəmilə xanım 17 yaşında olub. Sonra o, ailə həyatı qurub. Yoldaşı Füzuli rayonundandır. Onlar avqustun 20-də ailəlikcə Füzuli şəhərinə köçüblər. Füzuli şəhərində məskunlaşdıqdan sonra qısa müddət ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunan Cəmilə Ağalarova hazırda "Azərişıq" ASC-də texniki operator vəzifəsində çalışır.
C.Ağalarova torpaqlarımızın işğaldan azad olunmasına görə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib.
Hazırladı: Tahirə AĞAMİRZƏ