Tədbirdə atmosfer çirklənməsi, iqlim dəyişikliyi və onunla mübarizə üsulları, ətraf mühitin sağlamlaşdırılması, flora və faunanın qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində maarifləndirici söhbətlər aparılmışdır. Çıxış edənlər bildiriblər ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək, beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən, yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab oluna bilər. COP29 həm də bəşər həmrəyliyinin simvoluna çevriləcək, hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə platforma kimi tarixə düşəcəkdir.
Hazırladı: Mina RƏŞİD