İlk olaraq rayon icra hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi. İcra başçısı Ramiz Həsənov Rayon Ağsaqqallar Şurasının son illərdəki fəaliyyəti barədə danışdı.
Konfransda hesabat dövründə görülmüş işlər haqqında Şuranın sədri Xuduş İskəndərov məruzə etdi. Tədbir məruzə ətrafında çıxışlar ilə davam etdi.
Məruzə və çıxışlardan sonra rayon Ağsaqqallar Şurasının yeni tərkibi seçildi. Hesabat dövründəki fəaliyyəti qənaətbəxş dəyərləndirilən Xuduş Əmən oğlu İskəndərov yenidən Ağsaqqallar Şurasının sədri seçildi.
Hazırladı: Mina RƏŞİD