Qeyd edək ki, Güləmail Murad Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvüdür. 1950-ci ildə Qazax rayonunun (indiki Ağstafa) Sadıqlı kəndində dünyaya göz açıb. Ali təhsillidir. İran İslam Respublikası Beynəlxalq şeir festivalının laureatı olub. Fəxri diplom və ödüllərlə təltif olunub. 2006-cı ildə “Sənli-sənsiz” şeir kitabı “İlin lirika kitabı” fəxri diplomuna, “Oskar-Ozan” Mükafatı Fəxri Diplomuna (2009), Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomuna (2010), “Dostluq körpüsü” kitabına görə Misir Mədəniyyət Mərkəzi tərəfindən Fəxri fərmana (2010) və Təşəkkürnaməyə (2012), Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin Fəxri Fərmanına (2012) layiq görülüb.
2012-ci ildə Azərbaycan Sərhəd Mühafizəsinin 93-cü ildönümünə həsr olunmuş müsabiqənin ədəbiyyat nominasiyası üzrə Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun xatirəsinə yazılmış «Qəhrəmanlıq dərsi” hekayəsi ilə 2-ci yerin qalibi olub.
Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş «Vətən sağ olsun» kitabına görə H.B.Zərdabi diplomuna layiq görülüb. Həmin kitab əsasında çəkilmiş sənədli filmə görə 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən «General Əliağa Şıxlinski» yubiley medalı ilə təltif edilib. “Vətənpərvərlik işində xidmətlərinə görə” medala (2018), Ordunun yaranmasının 100 illiyi münasibətilə təsis edilmiş “Milli Ordu-100” medalına və “Faşizm üzərində qələbəmizin 75 illiyi” medalına layiq görülüb.
İstedadlı yazarın uğurları bunula bitmir. O, həm ölkə daxilində, həm də türk dünyasında bir çox ədəbi mükafatlar qazanıb.
Hazırladı: Mina RƏŞİD