22.11.2024, 20:37
AZ EN
22.10.2024, 09:27 209

Cəbrayıl sakinlərinin Suraxanı rayonunda səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsi-3, rayonun Hovuslu kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.

Görüşdə rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu nəzərə çatdırıb. Dövlət başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirən icra başçısı görüş iştrakçılarına Cəbrayıla köçün başlanması ilə əlaqədar geniş və ətraflı məlumat verib.

Səyyar görüş-qəbul zamanı sakinlər rayona qayıdış, onları narahat edən digər məsələlərlə bağlı suallar səsləndiriblər. Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, səsləndirdikləri problemlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər