22.11.2024, 17:52
AZ EN
18.10.2024, 17:50 189

Laçın məktəbliləri olimpiadanın qalibi oldular

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin X-XI sinif şagirdləri arasında "Zəfər çalmış dövlətin Əsas Qanunu" mövzusunda "Hüquq" olimpiadası keçirilib.

"Vətən səsi" xəbər verir ki, olimpiadanın keçirilməsində məqsəd gənclərin hüquqi inkişafı və onlar tərəfindən müasir dövlət quruculuğu prosesinin əsas prioritetlərindən olan Azərbaycan Respublikası Konstitusiyasının əsaslarının və mahiyyətinin daha dərindən öyrənilməsidir. Konstitusiya Məhkəməsi, Elm və Təhsil Nazirliyi, İdman və Gənclər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 40 şagird iştirak edib. Onlardan 3-ü I, II, III yerləə layiq  görülüb.

Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri olimpiadanın qalibi olublar. Belə ki, adıçəkilən təhsil müəssisəsinin XI sinif şagirdi Fərid Alızadə I, X sinif şagirdləri - Saleh Kərimzadə II, Nərmin Nağızadə isə III yerin qalibi seçilib.

İştirakçılar Xankəndi şəhərinə Qarabağ Universitetində təltifetmə mərasiminə dəvət edilərək qiymətli hədiyyələrlə təltif ediliblər. Mərasimdə bir neçə şagirdə həvəsləndirici mükafat da təqdim olunub.

Xatırladaq ki, bundan əvvəl eyni olimpiada Qarabağ Universitetinin tələbələri üçün də keçirilib. Olimpiadada universitetin 100 tələbə iştirak edib.

Elxan SALAHOV

Oxşar xəbərlər