Bu sözləri Füzuli Şəhəri Günü tədbirlərində iştirak edən Füzuli sakini, şəhid Həmid Həmidlinin anası Könül Vəliyeva deyib.
Oğlunun keçdiyi döyüş yolundan söz açan şəhid anası deyib: “Həmid torpaqlarımızı işğaldan azad edəcəyimiz günü böyük səbirsizliklə gözləyirdi. Deyirdi ki, biz işğal altındakı torpaqlarımızı mütləq geri qaytaracağıq. Nəhayət, o gün gəldi! Ali Baş Komandan əmr verdi, torpaqlarımız azad edildi. Oğlum 44 günlük Vətən müharibəsində yaralansa da, yenidən cəbhəyə qayıtdı. Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı”.
“Mən şəhid analarının ağlamasını istəmirəm. Biz fəxr etməliyik. Bizim Müzəffər Ali Baş Komandanımız, yenilməz Ordumuz və xalqımız var”, - deyə o əlavə edib. (AZƏRTAC)