Bunu Kəlbəcərdə İstisu mineral su zavodunun direktoru Adil Haqverdiyev deyib.
O bildirib ki, mineral tərkibinə görə İstisuyun sağlamlığa bir çox faydası var. İstisu mineral suyu mədə-bağırsaq funksiyasını yaxşılaşdırır, həzmi və turşu-qələvi balansını normallaşdırır, metabolizmi yaxşılaşdırır, şəkərli diabetdə şəkər səviyyəsini normallaşdırmağa, artıq çəki problemlərinin həllinə kömək edir. Həmçinin sümüklərin sağlamlığında dəstəkləyici rol oynayır, oynaq ağrılarının kəskinləşməsinə mane olur, böyrəklərdə və sidik kisəsində daşların yaranmasının qarşısını alır, ürək-damar xəstəlikləri və hipertenziya riskini azaldır, qan təzyiqini normallaşdırır. Qəbizlik və qıcıqlanmış bağırsaq sindromunda, öd kisəsi və kanallarının funksionallığının normallaşdırılmasında, fiziki fəaliyyətdən sonra mineralların bərpasında müsbət rol oynayır, yaşlanma prosesini ləngidir, eləcə də antioksidant xüsusiyyətlərə malikdir. (AZƏRTAC)