20.09.2024, 01:13
AZ EN
19.09.2024, 16:54 208

10 oğlum olsa, hamısını Vətənə qurban verərdim

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi liderliyi dünya tarixinə yeni yön verdi. Elm və kommunikasiyanın, imperializm və müstəmləkəçiliyin artdığı hazırkı dünya nizamında işğalı sonlandırmaq, separatçılığı və terroru bitirmək, ərazi bütövlüyünü bərpa etmək əsrlər sonra da xatırlanacaq misilsiz hadisələrdəndir.

Azərbaycanın ötən il Xankəndidə keçirdiyi antiterror tədbirləri Azərbaycan dövlət suverenliyinin bütün ərazilərimizdə tam təmin olunması demək idi və bizim qazandığımız uğur tam şəkildə Azərbaycanın beynəlxalq aləmdə gücünü nümayiş etdirdi.

Övladının məzarına başını söykəyib sanki bir qaya kimi dik, məğrur dayanan kapitan Eyvazov Vüqarın anası Telli xanım övlad itkisi ilə keçən bir ildən fəxarətlə danışır.

“Mən fəxr edirəm ki, Vüqar kimi oğul böyütmüşəm. Vüqarı tək özümüz üçün yox, vətən, xalqımız üçün böyütdüm. Bu səbəbdən peşman deyiləm. 10 oğlum olsa, onunu da Vətən uğrunda qurban verməyə hazıram. Vətən olmasa, torpaq olmasa, nə oğul olar, nə ana olar. Torpaq uğrunda mənim Vüqarım getdi. Söz yox, mən darıxıram, bilirəm ki, gəlməyəcək. Amma mən bilirəm ki, o göydən mənə baxır, cənnətdən məni görür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, məqamları uca olsun. Millətimiz, bayrağımız, torpağımız var olsun, Prezidentimiz sağ olsun”! –deyir şəhidimizin məğrur anası.

Tahirə Ağamirzə

Oxşar xəbərlər

SON XƏBƏRLƏR