22.11.2024, 13:40
AZ EN
17.09.2024, 16:30 173

Sabit Bağırov: Ermənistan öz mənfəətinə uyğun olaraq Rusiyaya yardım edir

XƏBƏRLƏR
  • Ermənistan Rusiyaya yardım etməklə büdcə gəlirlərini artırır. Statistika göstərir ki, 2020-ci illə müqayisədə, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi dəfələrlə artıb.

Bu sözləri Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov deyib.

O qeyd edib ki, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, ticarət əlaqələrinin genişləndirilməsində Ermənistanın xüsusi maraqları var:

“Bu artım o zaman real zəmin əsasında olardı ki, Ermənistan hansısa məhsulu istehsal edir və buna Rusiyada böyük tələbat var. Amma reallıq belə deyil. Ermənistan öz mənfəətinə uyğun olaraq, Rusiyaya yardım edir ki, onların hərbi sənayesi bəzi silah növlərinin istehsalına davam edə bilsin. Bu silahlar isə Ukraynaya qarşı istifadə olunur. Bu səbəbdən Rusiya da Ermənistanla ikitərəfli ticarətin inkişafına maraqlıdır”.

Sabit Bağırov onu da bildirib ki, bu mənzərə Qərb üçün ürəkaçan olmasa da, heç bir reaksiya verilmir.

Qeyd edək ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatları ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb. Məktubda sözügedən qurumlara “Rusiyanın sanksiyalardan yayınmasına Ermənistanın şərait yaratmasına imkan verməyi dayandırın” kontekstində müraciət olunub. (APA)

Oxşar xəbərlər