10.10.2024, 16:00
AZ EN
12.09.2024, 17:00 191

Kəlbəcər RİH-də “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tədbir keçirilib

XƏBƏRLƏR
  • Kəlbəcər RİH-də “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin icra vəziyyəti barədə tədbir keçirilib.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov, idarə-müəssisə rəhbərləri iştirak edib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı görülən işlər müzakirə edilib.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə konkret tapşırıqları idarə-müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər