22.11.2024, 01:49
AZ EN
05.09.2024, 07:10 145

Keçmiş məcburi köçkün: "30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram"

XƏBƏRLƏR
  • 30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram.

Bunu Şuşa şəhərinə köç edən sabiq məcburi köçkün Gültəkin Kərimova söyləyib.

O qeyd edib ki, bu gün sevinc hissi kədər hissinə qarışıb:

"Mən Şuşada müəllim işləmişəm. Məcburi köçkün həyatımızı Bakıda Bilgəh qəsəbəsində yerləşən pansionatda yaşamışıq.

Sevinirəm ki, öz doğma yurduma qayıdıram, kədərlənirəm ki, bu illər ərzində doğmalarımızı itirdik, şəhidlər verdik. Şuşanı görmək arzusu ilə doğmalarımız həyatdan köçdülər.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR