22.11.2024, 07:02
AZ EN
25.08.2024, 16:00 255

Təşkilat rəhbəri: “Səsverməyə Laçın şəhərində qoşulmağı planlaşdırıram”

XƏBƏRLƏR
  • “Mən Laçın rayonundanam. Hazırda Laçın şəhərində, Zabux, Sus kəndlərində daimi seçki məntəqələri formalaşdırılıb. Tikinti-quruculuq işləri ilə əlaqədar olaraq bəzi kəndlərdə səyyari məntəqələr fəaliyyət göstərir. Mən əvvəllər 121 saylı Laçın Dairə Seçki Komissiyasının Bakı şəhərində fəaliyyət göstərən 1 saylı seçki məntəqəsində səs verirdim. Amma indi 1 saylı seçki məntəqəsindən çıxarış alıb Laçın şəhərində fəaliyyət göstərən seçki məntəqələrinin birində səs vermək istəyirəm. İnanıram ki, bu arzu minlərlə keçmiş məcburi köçkünün ürəyində yaşayır”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Böyük qayıdış” Dövlət Proqramının icrası məqsədilə Qarabağda və Şərqi Zəngəzurda sürətli tikinti-quruculuq işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarında mərhələli şəkildə daimi məskunlaşdırılır: “Bilirik ki, bu il ölkəmizdə bir çox beynəlxalq və yerli əhəmiyyətli tədbirlər həyata keçirilir. Sentyabr ayının 1-də keçirilən Parlament seçkiləri isə bu tədbirlərin ən yadda qalanı olacaq. Çünki, ilk dəfə olaraq Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Qarabağda və Şərqi Zəngəzurda Parlamentə seçkiləri keçirəcək. Hazırda Xankəndidə, Xocalıda, Şuşada, Füzulidə, Zəngilanda, Laçında və işğaldan azad olunmuş digər ərazilərimizdə seçki məntəqələri formalaşdırılıb. Bu rayonların daimi sakinləri həmin məntəqələrdə səs verəcəklər. Mən bu seçkilərdə qalib gələcək bütün namizədlərə uğurlar arzulayıram”.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR