22.06.2025, 11:58
AZ EN
16.08.2022, 13:05 534

DSX-nin rəis müavini: Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var

XƏBƏRLƏR
  • Azad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb ki, onlardan biri də Füzuli Beynəlxalq Hava Limanıdır.

Bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Bildirib ki, Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var: “Ermənistan tərəfi alternativ yollardan istifadə etməklə müəyyən hərəkət edirlər. Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər”. (AZƏRTAC)

Oxşar xəbərlər