20.10.2024, 07:36
AZ EN
18.08.2024, 10:00 165

Bu gün Vətən müharibəsi şəhidi Əliməmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərimizdən biri də Elçin Əliməmmədovdur.

Əliməmmədov Elçin Mehman oğlu 1997-ci il avqustun 18-də Bakı şəhəri Zirə qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun baş çavuşu olan Elçin Əliməmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Bir çox uğurlu əməliyyatlarda fəal döyüşüb. Elçin Əliməmmədov 2020-ci il oktyab ayının 7-də Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Elçin Əliməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər