19.12.2024, 19:45
AZ EN
26.07.2024, 17:50 191

Gənclər Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif ediliblər

XƏBƏRLƏR
  • Cəbrayıl rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları, Cəbrayıl rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Emin Məstəliyev, rayon gəncləri iştirak ediblər.

Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyi münasibətilə idmançılarımızı təbrik edib, xoş arzularını bildiriblər. Qeyd olunub ki, xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib.

Dövlət gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. İndi bütün bölgələrdə yeni Olimpiya İdman kompleksləri tikilərək istifadəyə verilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Azərbaycanın dünya idmanına ən böyük töhfəsi ölkəmizin 2015-ci ildə ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi oldu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi 30 aylıq qısa bir müddətdə inanılmaz nailiyyətə imza ataraq bu mötəbər idman turnirini ən yüksək səviyyədə təşkil etməyə nail oldu. Azərbaycan təkcə təşkilatçılığı ilə deyil, atletlərimizin uğurlu çıxışları ilə də Prezident İlham Əliyevin dediyi kimi, Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi.

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyi münasibətilə fəaliyyətlərində fərqlənən gənclərin Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif edilməsi ilə davam etdirilib.

Mina RƏŞİD

Oxşar xəbərlər