Əsas məqsədi Şuşanı virtual məkanda təbliğ etmək olan layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində saytın açılması nəzərdə tutulur. Bundan başqa, Şuşanın 270 illiyinə həsr olunan və Şuşanın tarixi, bu günü ilə bağlı məqamları əks etdirən qısametrajlı film çəkilişi və jurnalın nəşri də planlaşdırılır. Jurnal Azərbaycan, ingilis və rus dillərində buraxılacaq. (AZƏRTAC)