Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə olunması, sudan səmərəli istifadə və bu kimi digər maarifləndirici tədbirlər həyata keçirilir. Buna görə təbiətsevərlərin sayı artır, ətraf mühit problemlərinə qarşı ictimai qınaq formalaşır, insanlar laqeyd mövqe tutmadan problemlərin həlli istiqamətində öz köməklərini əsirgəmirlər.
Bu əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət edə və füsunkar təbiət ərazilərində səmərəli gün keçirə bilərlər.
Hazırladı: Mina RƏŞİD