09.06.2025, 16:05
AZ EN
29.05.2024, 08:42 391

Xocalı sakini: Uzun illər həsrətini çəkdiyimiz doğma yurdumuza geri qayıdırıq

XƏBƏRLƏR
  • Bu gün çox sevincli və həyəcanlıyıq. Uzun illər həsrətini çəkdiyimiz doğma yurdumuza geri qayıdırıq.

Bunu Xocalıya dönən sakin Rəsmiyyə Hüseynova deyib.

O qeyd edib ki, uzun illərin həsrətindən sonra doğma yurdunda yaşamağa getdiyi üçün sevincinin həddi-hüdudu yoxdur.

"Allah Prezidentimizi var eləsin. Məhz onun rəhbərliyi sayəsində biz öz yurdumuza geri dönürük. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Xocalı şəhərinə 24 ailə - 88 nəfər köçürülüb. (Trend)

Oxşar xəbərlər