05.05.2025, 07:47
AZ EN
27.05.2024, 15:53 253

“28 May-Müstəqillik Günü” adlı ənənəvi sərgi təşkil edilib

XƏBƏRLƏR
  • Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “28 May-Müstəqillik Günü” adlı ənənəvi sərgi təşkil edilib.

Nəşrlər sırasında “Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövlət qərarları”, “Cümhuriyyət qurucuları”, “Azərbaycan Milli azadlıq hərəkatı” ensiklopediyası, “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100” metodik vəsait, “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)”, “Azərbaycan Xalq Cümhuriyyəti və müasir dövlətçiliyimiz” və digər kitablar sərgilənir.

Sərgi iki həftə müddətində davam edəcək.

Mina RƏŞİD

Oxşar xəbərlər