Azərbaycan işğala son qoymaqla bərabər torpaqları ilə birlikdə təbii sərvətlərinə də sahib çıxdı. Lakin Ermənistanın ekoloji terroru hələ də gündəmdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın sədri, Amin Məmmədov:
-Əgər hər hansı bir ölkənin ərazisində təbii ehtiyatlar mövcuddursa, mədən sənayesi fəaliyyəti həyata keçirə bilər. Lakin bu da əlbəttə ki, ətraf mühitlə əlaqədar normativlər əsasında edilməlidir. Yəni Bu fəaliyyət həyata keçiriləndə müxtəlif kimyəvi maddələrdən də istifadə olunur. Bu, qızıl və gümüşün filizdən ayrılması üçün. Amma bunun utilizasiyası deyək ki, o kimyəvi maddə tərkibində qarışmış suların, onun hara axıdılması, onun təmizlənib təmizlənmədən axıdılması. Bu kimi məsələlər hamısı normativlər üzrə həyata keçirilməlidir ki, biz burda şəffaflıq görmürük. Onlar nəinki bizə və beynəlxalq ictimaiyyətə, heç yerlli əhalisinə bu barədə heç bir məlumat vermir.
Bu xəritə, yəni Ermənistanın mineral xammal resursları adlanan xəritə hay məmləkətinin qanunsuz dağ-mədən fəaliyyətini ifşa edir.
“Azərbaycan Kartoqrafları” ictimai birliyinin sədri, Qabil Bayramov:
-Məqsədimiz, Ermənistan dağ-mədən sənayesində qanuna zidd aparılan istismara və bu istismar nəticəsində ətraf mühitə, ekologiyaya dəyən ziyana etiraz əlaməti olaraq qalxan qeyri-hökumət təşkilatlarını əyani vəsaitlərlə təmin etməkdir. Burda əsas çirkləndirici zavod və fabriklərin yerləşmə yerləri göstərilir. Xəritə 3 dildədir, Azərbaycan, ingilis və erməni dilindədir. Erməni dilində düzəltməkdə məqsədimiz erməni ictimaiyyətində Ermənistan ərazisində mədən sənayesində baş verən qanuna zidd əməllərə qarşı onları da məlumatlandırmaqdır.
Ermənistan ərazisində fəaliyyət göstərən Dağ-mədən sənayesi müəssisələrindən atılan zərərli kimyəvi maddələr sərhəd suları vasitəsilə Araz və Kür çaylarına axıdılır. Çaylar isə Xəzər dənizinə töküldüyündən bu, faktiki Cənubi Qafqaz və Xəzər hövzəsi regionlarına qarşı ekoloji terror anlamına gəlir. Buna görə də Ermənistan və onunla işbişbirliyində olan beynəlxalq şirkətlərə qarşı tək Azərbaycan deyil, digər bölgə ölkələri də etirazlarını bildirməlidir.
Amin Məmmədov:
-Kür-Araz hövzəsində su keyfiyyətinin pisləşməsi baş verirsə, bu da yekunda Xəzərə töküləndə Xəzərin suyuna da öz mənfi təsirini göstərə bilər və nəticədə Xəzərin də özünəməxsus unikal müxtəlifliyi artıq təhlükə qarşısında qala bilər. Burda Xəzəryanı ölkələrlə əlimizdən gələni edirik. Məsələn, nərə kürü sinfinə aid olan balıqları qoruyaq, onlar isə Araz və Kür çayının suyunu çirkləndirməklə Xəzərə öz təsirini göstərir. Ona görə də beynəlxalq platformalarda Xəzəryanı ölkələri də bu məsələyə həsas yanaşmalı və Ermənistanı ekoloji normativlərə riayət etməyə çağırmalıdır.
Hazırda Ermənistanda Dağ-mədən sənayesisini inkişaf etdirənlər kimlərdir, məqsəd nədir, kimi suallara cavab tapmaq heç də çətin deyil. Çünki qarşı tərəf ekosid kimi təstifatlaşdırılan fəaliyyətini Ermənistanın iqtisadi imkanları ilə əlaqələndirir. Üstəlik, ermənilər Bakının trans-sərhəd çaylarla bağlı monitorinq təşəbbüsünü, habelə bu kimi layihələrin icrası zamanı qonşu dövlətlərin rəyinin nəzərə alınması tələbini beynəlxalq konvensiyalara zidd adlandıraraq qəbul etmədilər. Ancaq ölkəmizin gücü və faktlar əsasında ortaya qoyduğu sənədlər hay məmləkəti ilə sövdələşməyə gedən şirkət və ölkələri geri addım atmaq məcburiyyətində qoydu. Ötən il ABŞ-ın maliyyə dəstəyilə Arazdəyəndə inşaası aparılan metalrugiya zavodunun taleyi əslində Ermənistana dərs olmalıdır. Məhz Azərbaycanın qətiyyətli adımı ilə zavodun diskolasiya yeri dəyişdirildi. Çünki Azərbaycan sərhədlərinə bu qədər yaxın olan Dağ-mədən sənayesi rəsmi Bakının icazəsi olmadan fəaliyyət göstərə bilməz. Bu barədə BMT-nin Tras-sərhəd kontekstdə təsirin qiymətləndirilməsi haqqında da konvensiyada qeyd olunur.
Hazırladı: Tahirə AĞAMİRZƏ