19.04.2024, 10:12
AZ EN
26.07.2022, 17:30 97

Yasamal rayonunda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

XƏBƏRLƏR
  • Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Dadaşzadə Kənan Elman oğlunun ailəsi ziyarət olunub.

Təşkilat nümayəndələri şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıblar.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, bu gün fəxrlə bəhs etdiyimiz şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin yüksək peşəkarlığı sayəsində əldə olunub. Torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtdırmaqdır.

Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Dadaşzadə Kənan Elman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR