Bunları jurnalistlərə Füzulidən olan keçmiş məcburi köçkün İslam Həsənov deyib.
“Mən özüm də müharibə veteranıyam. Birinci Qarabağ müharibəsi iştirakçısıyam. 1993-cü ildə ailəmiz Füzulini tərk etməyə məcbur oldu”, - o əlavə edib.
İ.Həsənov bu anı həyatının ən sevincli günlərindən biri kimi qiymətləndirib: “Yurduma qayıdıram, o qədər sevincliyəm ki. Ömrümün sonuna kimi Füzulidə yaşayacağam”. (Report)