10.06.2025, 01:10
AZ EN
26.04.2024, 15:46 400

İşğaldan azad olunmuş ərazilərə köçəcək fermerlərə hüquqi yardım göstəriləcək

XƏBƏRLƏR

Arıçılıq təsərrüfatlarını və mal-qara sürüsünü Laçın və Kəlbəcər yaylaqlarına aparacaq fermerlərə hüquqi dəstək məqəsdilə "Facebook" üzərindən "Fermerlərin köhnə dostu" adlı səhifə yaradılıb.

"Vətən səsi" xəbər verir ki, səhifənin yaradıcısı tanınmüş hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Vəkil Əziz Qənbərovdur. O, qeyd edib ki, səhifənin yaradılmasında məqsəd Laçın və Kəlbəcər yaylaqlarına köçəcək fermerlərin hüquqlarının qorunması, bu sahədə olan qanunvericilik aktları, habelə Kənd Təsərüffatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən verilmiş qərar və qaydalarla bağlı sahibkarları mütəmadi məlumatlandırmaqdır.

"Bizim əsas məqsədimiz nazirliklə fermerlər arasında əməkdaşlıq münasibətlərin mütərəqqi şəkildə, tərəflərin hüquq və bərabərliyinə hörmət əsasında koordinasiyasını təşkil etməkdən ibarətdir. "Fermerlərin köhnə dostu"  səhifəsində işğaldan azad olunmuş ərazilərə köç edəcək fermerləri maraqlandıran məsələlər barədə məlumatlandırma və izahat işləri aparılacaq" , - deyə, Əziz Qənbərov əlavə edib.

Tanınmış vəkilin hüquqi yardımından bəhərlənmək istəyən fermerlər onu maraqlandıran suallarla bağlı  sizinvekil@gmail.com ünvanına elektron məktub göndərə və ya 077 604 44 44 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.

Elxan SALAHOV

 

Oxşar xəbərlər