Sərhəd qoşunlarının hərbi qulluqçusu kiçik gizir olan Elşən Babazadə 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Zəngilan və Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmiş, düşmənə ağır zərbələr vuraraq qəhrəmanlıq nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Sərhəd qoşunlarının hərbi qulluqçusu Elşən Babazadə "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
2022-ci il sentyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınmasında yaxından iştirak edən kiçik gizir Elşən Babazadə sentyabrın 12-də qəhrəmancasına şəhid olub.
Qəhrəmanımız doğulduğu Qəbələ rayonunun Mıxlıqovaq kənd qəbiristanlığında böyük izdiham və ehtiramla dəfn edilib.
Allah rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ