Bunu jurnalistlərə Füzulidən olan keçmiş məcburi köçkün Natiq Qasımov deyib.
“Füzuli rayonunda anadan olmuşam. Otuz bir il bundan əvvəl Füzulini tərk etməyə məcbur olduq. Məcburi köçkünlük həyatımız başladı. Bu illər ərzində çox əziyyətlər çəkdik. Füzulini ailəmizin 4 üzvü – bacım, qardaşlarımla tərk etmişdik. Hərəmiz bir yerdə məskunlaşmışdıq”.
“Çox sevinirik ki, geri qayıdırıq. Füzulidə yeni həyatımızı quracağıq. Altmış iki yaşım var. Orada peşəmə uyğun işləyəcəyəm”, - N.Qasımov deyib.
“Bu günümüzə şükür olsun. Allah Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya can sağlığı versin! Çox sağ olsunlar ki, bizə yurdumuza qayıdış imkanları yaratdılar”, - keçmiş məcburi köçkün əlavə edib. (Report)