Bunu Laçında keçirilən Novruz şənliyində şəhər sakini Nəzakət Əliyeva deyib.
“Laçın bu gün bir cənnətə dönüb. Yüksək zövqlə bərpa işləri aparılıb. Laçının gözəlliyindən doymaq olmur. Bütün bunlara görə Prezidentimizə təşəkkürümü bildirirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Bir ömür onlara borcluyuq ki, bu günləri bizə yaşatdılar” – deyə Laçın sakini bildirib. (AZƏRTAC)