20.10.2024, 07:34
AZ EN
04.03.2024, 20:28 238

Göyçayda məktəbdə “Şəhidlər muzeyi” açılıb

XƏBƏRLƏR
  • Göyçayda torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhər 6 nömrəli tam orta məktəbdə “Şəhidlər muzeyi” yaradılıb.

Muzeyin açılışında rayon icra hakimiyyətinin rəhbərliyi, Təhsil sektorunun müdiri, şəhid ailələri, Vətən müharibəsi əlilləri və iştirakçıları, məktəbin kollektivi, Göyçay şəhər 6 nömrəli məktəbin məzunları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin açılışında çıxış edənlər Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı daim xatırlamaq üçün “Şəhidlər muzeyi”nin yaradılmasını təqdirəlayiq hesab etdiklərini bildiriblər.

Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları sayəsində 2020-ci il xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qalıb, azad olunmuş torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi və onların şücaətinin təbliğində təhsil müəssisələrinin böyük rolu var.

Sonra məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub. (AZERTAC)

Oxşar xəbərlər