22.11.2024, 19:26
AZ EN
22.02.2024, 18:48 225

Pakistan Mədəniyyəti Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü qeyd olunub

XƏBƏRLƏR
  • Fevralın 22-də Azərbaycan Dillər Universitetində Pakistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən bildirilib ki, Pakistan Mədəniyyəti Mərkəzində keçirilən tədbir səfir Bilal Hayeenin açılış nitqi ilə başlayıb. Xocalı faciəsi insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli hadisələrdən biri kimi xatırlanıb.

Xocalı sakinləri Eldəniz Ağayev, Xatirə Mirzəyeva, Gülnar Kərimova, şəhid Qasım Məmmədhəsənovun atası - Bilal Məmmədhəsənov 32 il əvvəl Xocalıda baş verən hadisələri, ermənilərin törətdikləri vəhşilikləri ürək ağrısı ilə yada salıblar.

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, tarix elmləri doktoru Eynulla Mədətli, dosent Aydan Xəndan, urdu dili mütəxəssisi Rövşən Şirxanlı, dosent Vəfa Abdullayeva-Nəbiyeva da iştirak ediblər.

Həmçinin tədbirdə Prezident təqaüdçüsü, yazıçı İradə Əlilinin urdu dilinə tərcümə olunmuş "Xocalı: Şahidlər danışır" kitabı da təqdim olunub. Kitabın urdu dilinə tərcüməsi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi və dissertantı Amalya Paşayevaya məxsusdur.(AZERTAC)

Oxşar xəbərlər