Ötən ilin sentyabrında Qarabağda keçirilən aniterror tədbirləri zamanı qondarma "Artsax Respublikası"nın ləğvi barədə "fərman" imzalayaraq Ermənistana qaçmış separatçı-terrorçu dəstənin sonuncu sonuncu başçısı Samvel Şahramanyan uzun fasilədən sonra kameraların müşayiəti altında yenidən üzə çıxıb. Separatçılıq xəyyaları yenidən baş qaldıran Şahramanyan bu dəfə qəbiristanlıqda özünü göstərməyə çalışıb.
"Vətən səsi" xəbər verir ki, Samvel Şahramanyan separatçıların Qarabağda kütləvi nümayişlərə və Azərbaycana qarşı çağırışlara başlamasının 36-cı il dönümünü qeyd etmək üçün müharibədə həlak olmuş gəbərdilmiş erməni hərbçilərinin basdırıldığı “Yerablur” məzarlığına baş çəkib. Qondarma rejimin başçısına İrəvanda mühafizəçilərlə gəzmək qadağan olunsa da, onun iki nəfər cangüdənlə qəbiristanlığa gəlməsi jurnalistlərin diqqətindən yayınmayıb. “Yerablur” məzarlığında Şahramanyanın erməni hərbçilərinin qəbrlərini ziyarət etməsini videokameranın yaddaşına köçürən jurnalistlər mühafizəçilərdən birinin təzyiqinə məruz qalıblar.
Ermənistan mətbuatının yaydığı məlumata görə, anım tədbiri zamanı Samvel Şahramanyanın mühafizəçisi jurnalistlərə ərazidə çəkiliş aparmamağı tapşırıb. Bundan sonra jurnalistlərdən bir neçəsi kənara çəkilsələr də, “24News”un reportyoru Meri Manukyan və operator Asatur Aslanyan çəkilişləri davam etditib. Bu halda Aşot Danielyan adlı mühafizəçi jurnalistlərlə kobud davranıb, onları təhqir edib. Bundan sonra jurnalistlərlə mühafizçi arasında mübahisə yaranıb. Hətta Danielyan onun göstərişinə məhəl qoymayaraq çəkilişləri davam etdirən operatora əl qaldırdığı da deyilir.
O da qeyd edilir ki, Samvel Şahramanyan mühafizəçisinin jurnalistlərə qarşı kobud hərəkərinə seyrici yanaşıb. Bunu görən jurnalistlər separatçı rejimin sonuncu başçısına yaxınlaşaraq baş verənlərə münasibət öyrənmək istəsələr də, jurnalistlər buna imkan verməyib. Sosial şəbəkələrin erməni seqmentində Şahramanyan və mühafizəçisi “Yerablur”da baş verənlərə görə sərt şəkildə tənqid edilirlər.
Elxan SALAHOV