22.11.2024, 00:58
AZ EN
19.02.2024, 14:57 215

Lənətlənmiş Vardanyan: özü Bakıda həbsdə, bankını da gürcülər alır

XƏBƏRLƏR

Gürcüstana məxsus “Bank of Georgia” Ermənistanın ən böyük banklarından biri olan, əvvəllər separatçı Ruben Vardanyan tərəfindən idarə edilən “Ameriabank”ın səhmlərinin alır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Gürcüstan mətuatında məlumatı məlumat yayıb. Bildirilir ki, “Bank of Georgia” “Ameriabank”ın səhmlərinin 100 faizini almağa hazırlaşır. Əməliyyatın dəyəri 303,6 milyon dollardır. Razılaşma bitdikdən sonra Gürcüstan tərəfi “Ameriabank”ın adı ilə yanaşı indiyəqədərki idarəçilik qaydalarını da özününküləşdirəcək.

Gürcülərin “Ameriabank”ın səhmlərini alması barədə məlumatın “Bank of Georgia”nın saytında yayılması isə məsələnin dəqiqliyindən və alqı-satqı əməliyyatının tezliklə yekunlaşacağından xəbər verir. Bunu həm də tarixin ironiyası hesab etmək olar. Qırx dörd günlük Vətən müharibəsindən sonra Rusiyadakı işini ataraq qanunsuz yollarla Qarabağa gələrək erməni separatçılarına milyardlarla vəsait xərcləyən milyarder Ruben Vardanyan indi Azərbaycanda məhbus məhbəsdədir, sahibi olduğu bankı qonşu Gürcüstan satın alır...

Xatırladaq ki, hazırda Bakıda məhbus ömrü yaşayan Vardan həbs olunana qədər erməni separatçılarının nəzarətində olan ərazilərdə xərclədiyi pulların bir qismini vaxtilə rəhbərlik etdiyi “Ameriabank” vasitəsilə toplamışdı. Qarabağda separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyan ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı yaxalandıqdan sonra digər separatçı liderlərlə birlikdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb. Separatçı milyarder barəsində cinayət işinin istintaqı davam edir.

Elxan SALAHOV

Oxşar xəbərlər