09.06.2025, 18:50
AZ EN
14.02.2024, 08:36 286

Abşeronda Füzuli sakinlərinin qəbulu keçirilib

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Abşeron rayonunda müvəqqəti məskunlaşan Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə səyyar qəbul keçirib. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Abşeron rayonunda yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak ediblər.

Səyyar qəbulda çıxış edən RİH başçısı Alı Alıyev qeyd edib ki, vətəndaşlarla keçirilən görüşlərin məqsədi onları narahat edən problemlərin yerindəcə öyrənilməsi və onların həlli istiqamətində operativ addımların atılmasıdır. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığına əsasən rayon sakinləri ilə mütəmadi olaraq keçirildiyini bildirən Alı Alıyev vətəndaşların müraciətlərinə həssas münasibətin göstərildiyini diqqətə çatdırıb. 

Daha sonra rayon rəhbəri tərəfindən sakinlərin müraciətləri dinlənilib. Əksəriyyəti Füzuli rayonunun işğaldan azad edilmiş yaşayış məntəqələrinin bərpası və vətəndaşların doğma torpaqlarına köçürülməsi ilə bağlı olan müraciətlərə Rayon rəhbəri tərəfindən aydın izahatlar və ətraflı məlumatlar verilib.

Mina RƏŞİD 

Oxşar xəbərlər