22.06.2025, 05:10
AZ EN
13.02.2024, 11:09 293

Bu gün Dünya Radio Günüdür

XƏBƏRLƏR
  • Fevralın 13-ü Dünya Radio Günüdür. Bu günün təsis edilməsi barədə qərar UNESCO-ya üzv dövlətlər tərəfindən 2011-ci ildə qəbul olunub. 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası fevralın 13-nü Dünya Radio Günü elan edib. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb.

Radio təkcə texniki vasitə kimi deyil, eyni zamanda, demokratik müzakirənin formalaşması və möhkəmlənməsinin baş verdiyi informasiya məkanıdır. Bu gün bütün radio dinləyiciləri, audiovizual mütəxəssislər və yayımçılar təkcə radionun xüsusiyyətlərinə hörmətlə yanaşmağa deyil, həm də onun sülhü təşviq etmək üçün unikal alətə çevrilməsinə töhfə verməyə dəvət edilir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər