Mərkəzdə əlillərin və digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək göstərilir. Benefisiarlardan 140 nəfəri əlillər, 12 nəfəri şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlil olanlar və onların ailə üzvləri, 12 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 9 nəfəri aztəminatlı ailələrin üzvləridir. Mərkəzdə bir benefisiar eyni vaxtda bir neçə xidmət istiqaməti üzrə təlim ala bilər.
Qeyd edək ki, İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində son bir ildə 180-dən çox, fəaliyyəti müddətində isə 480-dən çox benefisiar müxtəlif istiqamətlər üzrə xidmətlərdən yararlanıb.
Hazırladı: Mina RƏŞİD