24.04.2025, 14:22
AZ EN
31.01.2024, 10:29 319

İşğaldan azad olunmuş əraziyə köçürülmüş ilk məktəbin hədəfi...

XƏBƏRLƏR

İşğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayan ilk təhsil ocağı olan Zəngilan rayon Ağalı kənd tam orta məktəbi imtahanlara hazırlaşır. Bu il həmin məktəbdə həm buraxılış, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.

"Vətən səsi" xəbər verir ki, 2022-ci ilin sentyabrında cəmi 62 şagird və 12 müəllimlə fəaliyyətə başlayan məktəbdə təhsil alanların sayı hazırda 142-yə çatıb. “Böyük qayıdış” proqramı çərçivəsində doğma yurduna qayıdan ailələrin sayının artması ilə bu məktəbdə çalışan müəllimlərin də sayı çoxalıb. Belə ki, 2022/2023 -cü tədris ilini Ağalı kənd orta məktəbində işləyən müəllimlərin sayı 15-ə çatıb.

Tədris ilinin ikinci yarımilinə hazırlaşan pedaqoji kollektiv şahirdlərin fənn olimpiadalarında, IV, IX və XI siniflər üzrə qiymətləndirmə, buraxılış və qəbul imtahanlarında yüksək nəticələr əldə etməyi hədəf seçib. Nəticələrin qənaətbəxş olacağı halda Ağalı kənd orta məktəbi işğaldan azad olunmuş ərazilərə köçürülən təhsil ocaqları arasında daha bir ilkə imza atacaq. Odur ki, məktəb rəhbərliyi və prdaqoji kollektiv builki məzunların ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə etməsi üçün bütün imkanları səfərbər edib.

Elxan SALAHOV

Oxşar xəbərlər