Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək səyyar görüşlərin əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə keçirildiyinə xidmət etdiyini və bunun təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. O, həlli mümkün olan mövcud məsələlərin operativ şəkildə yerindəcə həll edildiyini, zərurət yarandığı halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını sakinlərin diqqətinə çatdırıb. Rayon rəhbəri Prezident cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib, həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı təşkilatlara müraciət edilməsi nəzərdə tutulub. Görüşdə çıxış edən sakinlər işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD