25.04.2025, 09:38
AZ EN
07.01.2024, 09:23 415

Onlar bütün şəhidlərimizin qisasını aldılar

XƏBƏRLƏR
  • Anası deyir ki, İlkin evdən elə qürurla çıxdı, sanki ürəyinə dammışdı şəhid olacağı, zirvəyə ucalmağa gedirdi. Mən onunla fəxr edirəm, o bir qəhrəmandır. İlkin Şanlı Vətən Müharibəsinin igid döyüşçülərindən oldu və qəhrəmancasına şəhadətə ucaldı. Onun nişanlısının gözü yolda, evi yarımçıq qaldı...  

İkinci Vətən Müharibəsinin igid döyüşçülərindən olan şəhid Məmmədov İlkin Cəmil oğlunun bu gün doğum günüdür. O, 1993-cü il yanvarın 7-də Gəncə şəhərində doğulub. Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirib. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, FHN-nin “N” saylı hərbi hissəsində həqqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra o, MAHHXHQ kimi xidmətini davam etdirib. 
İlkin Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində mərdliklə vuruşub. O, Murov zirvəsinin və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi aylarla axtarıldıqdan sonra tapılaraq 2021-ci il yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ölkə başçısı, Müzəffər Ali Baş Konmandan İlham Əliyevin sərəncamlarına əsasən İlkin Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Doğmaları Birinci Qarabağ Müharibəsində şəhid olmuş İlkin Vətən müharibəsində həm də, onların intiqamını aldığını söyləyirdi. Doğrudan da, İlkin kimi Vətənin mərd oğulları illərlə işğal atında qalan torpaqlarımızı azad etməklə həm də, bütün şəhidlərimizin intiqamını aldılar.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər