22.11.2024, 13:00
AZ EN
03.01.2024, 07:43 281

Şəhid atası: General-mayorun şəhadəti Qarabağ nisgillini alovlandırdı

XƏBƏRLƏR
  • General-mayor Polad Həşimovun şəhadəti bəzi qüvvələrin bizə unutdurmaq istədiyi Qarabağ nisgillini alovlandırdı, sanki xalqımızın yatmış aslanlarını oyatdı. Həmin aslanların nərəsi 2020-ci ildə Şuşadan, üç il sonra isə Xankəndindən eşidildi.

Bunu ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Qasım Məmmədhəsənovun atası Bilal Məmmədhəsənov deyib.

Onun sözlərinə görə, Polad Həşimov şəhid olan zaman adını könüllü döyüşçülər sırasına yazdıranlardan biri oğlu Qasım olub. Lakin ali təhsil aldığı üçün 2020-ci ildə döyüşmək ona nəsib olmayıb: “Qasım Rusiyada doğulmuşdu. Vətənə təhsil almaq üçün gəlmişdi. Geri dönmək şansımız da var idi, lakin Vətən sevgisi onu burada saxladı. Universiteti bitirib həqiqi hərbi xidmətə yollandı. Polad Həşimov şəhidlik zirvəsinə ucaldıqdan üç il sonra Qasıma döyüşmək nəsib oldu. Qasım ötən ilin sentyabrında birgünlük antiterror tədbirləri zamanı şəhid oldu. O, bizim qanayan yaramız olan Xocalının azad edilməsi zamanı şəhadətə yüksəldi. Əminliklə deyə bilərik ki, hər şey Polad Həşimovdan başladı”. (AZƏRTAC)

Oxşar xəbərlər