21.09.2024, 06:52
AZ EN
27.12.2023, 17:43 202

Zəngilanın Cahangirbəyli kəndində 264 yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək

XƏBƏRLƏR

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti Zəngilan rayonunda yenidənqurma işlərinin satın alınması ilə bağlı açıq tender elan edir.

"Vətən səsi" xəbər verir ki, elanda Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi işlərinin satın alınması nəzərdə tutulub. Sözügedən qeyri-yaşayış obyektlərinə 264 yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, bazar kompleksi, çoxfunksiyalı bina, birmərtəbəli emalatxana binası, birmərtəbəli mərasim zalı, birmərtəbəli çayxana, 1-2 mərtəbəli inzibati bina və polis məntəqəsini daxildir.

Qaydalara əsasən, müsabiqədə iştirak etmək istəyən iddiaçılar 1500 manat məbləğində iştirakhaqqı ödəməlidir. Müraciətlərin qəbuluna dünən, yəni dekabrın 26-da başlanıb. Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi isə 2024-cüe il fevralın 5-dir.

Elxan SALAHOV

Oxşar xəbərlər