24.04.2025, 18:22
AZ EN
26.12.2023, 18:18 243

Laçında müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır

XƏBƏRLƏR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə istiqamət üzrə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Müntəzəm marşrutların fəaliyyət göstərəcəyi ərazilər arasında işğaldan azad olunmuş və bu il ərzində yüzlərlə ailənin köçürüldüyü Laçın rayonu da var.

"Vətən səsi" xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilir ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakıda 12 və 60 nömrəli şəhərdaxili, 168 nömrəli şəhərətrafı, habelə Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Oğuz, Sumqayıt-Qusar şəhərlərarası, eləcə də Laçın şəhəri-Qarıkaha kəndi və Laçın şəhəri-Zerti kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər 2024-cü il yanvarın 24-də saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi-5) qəbul ediləcək.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Göyçay və Bakı-Kürdəmir istiqamətlərində fevralın 6-da, Bakı-Zaqatala və Sumqayıt-Qusar istiqamətlərində fevralın 9-da, Bakı-Mingəçevir, Bakı-Zaqatala və Bakı-Oğuz istiqamətlərində fevralın 13-də, Laçın şəhəri-Qarıkaha kəndi və Laçın şəhəri-Zerti kəndi, eləcə də paytaxtın 12, 60 və 168 nömrəli müntəzəm avtobus marşrutları üzrə fevralın 16-da baxılacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər