22.12.2024, 12:07
AZ EN
21.12.2023, 14:46 328

Azad edilmiş ərazilərdəki xəstəxanalarda tibbi tullantıların zərərsizləşdirilməsi mexanizmi qurulacaq

XƏBƏRLƏR
  • Azad edilmiş ərazilərdəki xəstəxanalarda tibbi tullantıların zərərsizləşdirilməsi mexanizmi qurulacaq.

Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, dünyada tibbi tullantılarla bağlı yeni yanaşma tibbi tullantıların müəssisə daxilində zərərsizləşdirilməsini tələb edir: "Bunun üçün müəssisələrdə yeni texnologiyalar quraşdırılmalıdır. Bu model tətbiq edilsə, tibbi tullantıların zərərsizləşdirilməsi 8 dəfə daha ucuz başa gələcək. Mexanizmin işğaldan azad edilmiş ərazilərdə qurulacaq xəstəxanalarda tətbiqi nəzərdə tutulur". (APA)

Oxşar xəbərlər