22.09.2024, 05:56
AZ EN
15.12.2023, 09:17 294

Azər Qocayev Abşeronda səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Masazır qəsəbəsi, Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar qəbulunu keçirib.  

Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.

RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, uğurlu antiterror əməliyyatından, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.

Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən məsələləri RİH başçısının nəzərinə çatdırıblar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.

Mina RƏŞİD

Oxşar xəbərlər