20.10.2024, 12:32
AZ EN
14.12.2023, 17:52 234

Zəngilanın Cahangirbəyli kəndində 242 ədəd 1 və 2 mərtəbəli fərdi yaşayış evləri tikiləcək

XƏBƏRLƏR

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti  Zəngilan rayonu, Cahangirbəyli kəndində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı açıq tender elan edir.

"Vətən səsi" xəbər verir ki, elanda Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi  nəzərdə tutulub. Tikiləcək binalarda 242 ədəd 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi planlaşdırılıb. Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir. Tenderdə iştirak etmək istəyənlər müsabiqə şərtlərinə uyğun sənədlərini gələn il fevralın 1-dək komissiyaya təqdim etməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər