18.10.2024, 20:31
AZ EN
06.12.2023, 09:27 267

Bu gün Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin 2006-cı il dekabr ayının 2-də imzaladığı müvafiq Sərəncama uyğun olaraq hər il 6 dekabr Azərbaycanda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycanda rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərərək, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi. Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Ulu Öndər Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.

Prezident İlham Əliyevin yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı İKT-nin rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib.

Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilir. Hazırda ölkədə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı kompleks işlər aparılır.

Mina RƏŞİD

Oxşar xəbərlər